No Image
No Image

Rəssam Milena Nəbiyeva möhtəşəm əsərlərinin ilham mənbələrini açıqladı - FOTOLAR

Rəssam Milena Nəbiyeva möhtəşəm əsərlərinin ilham mənbələrini açıqladı - FOTOLAR
Rəssam Milena Nəbiyeva "Luxury WoMen Magazine" jurnalının qonağı olub.

Sfera.az xəbər verir ki, tez-tez xeyriyyəçilik məqsədilə sərgilər təşkil edən Milena Nəbiyeva rəssamlığa gəlişində müəlliminin böyük rolu olduğunu bildirib:
 
"Heç ağlıma gəlməzdi ki, nə vaxtsa rəssamlıqla məşğul olaram. "Yunesko”nun üzvüyəm. Fərdi sərgilərim olub. Bunlardan xeyriyyəçiliklə bağlı sərgilər də həyata keçirmişəm. Uşaqlıqdan rəssamlıqla bağlı kurslara gedirdim. Lakin bu çox qısa müddəti əhatə edib. İndiyədək bu peşə mənim daxilimdə olub.
 
Rəssam dostlarım çoxdur. Bir gün dostum və müəllimim Sübhan Məmmədov mənə dedi ki, rəssamlıqla məşğul ol. O mənə, bu peşədə özümü inkişaf etdirməyimi məsləhət gördü. Bununla da qabların üzərində işləməyə başladım. Eyni zamanda mebellər, kətan tabloların üzərində işləyirəm. Bu Türkiyədə çox tələbatlı sahədir və oradan sifariş edilərək brend halına çevrilməsini istədilər. 2014-cü ildə bu brend altında hazırlamağa başladım”. 
 
Gənc rəssam gördüyü bir çox şeyin ona ilham verdiyini deyib:

"İlham birdən gələ biləcək bir şeydir. Həmin anda çalışmalısınız, çünki ideya bir növ obraz, fikir və ya hekayə olaraq ağlınıza gəlsə, dərhal təcəssüm etdirməlisiniz. Çantamda həmişə dəftər və qələm daşıyıram. Tutaq ki, yolda bir fikirə gedən qadın və ya ağacın üstündə oturan quş görə bilərəm. Bunlar hamısı mənə bir ideya verə bilər. İnsan həyatı sevəndə onu olduğu kimi qəbul etsə, daima ilham alacaq. İşimdən çox zövq alıram. Həyatımın ikinci hissəsi kimidir. Həyatda çətin və ya kədərli anlar olduqda işə gəlirəm və işləyəndə neqativ düşüncələr arxa plana keçir”.

Milena Nəbiyeva motivasiya aldığı məqamları da bölüşüb: 
 
"Parlaq rənglər, xoş xatirələr haqqında düşünürəm. Bütün bunlar həm də işim üçün motivasiya verir. Ümumiyyətlə, çox yerdən motivasiya almaq olar. Ətrafımızda o qədər gözəl və maraqlı və şeylər var ki… Müsbət  enerji almaq lazımdır. Müsbət enerjili filmlər və proqramlar izləyin. Maraqlı kitablar oxuyun, muzeylərə gedin, onda çoxlu gözəl motivasiya qazanacaqsınız”.

Aysel
Sfera.az

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Xərçəngə və 2 dəfə koronavirusa qalib gələn 104 yaşlı qadın – FOTO

Kolumbiyada 2 dəfə koronavirusu məğlub edən 104 yaşlı Karmen Hernandez xəstəxanadan təxliyyə edilib.   Sfera.az xəbər verir ki, o, 21 gün qaldığı...

"İtirilmiş qızıl şəhər" tapıldı - FOTOLAR

Misirdə 3 min illik itmiş şəhər tapılıb.   Sfera.az xəbər verir ki, Misir araşdırmaları üzrə professor Betsi Bryan Misirdə yeni tapılan qədim şəhəri firo...

Sahil Babayev hansı xəstəliyə yoluxub? – İlginc foto yayıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdə xəstəlik aşkarlanıb. Sfera.az xəbər verir ki, nazirin üz dərisində ləkələr meydana gəlib. Bu səbə...

Azərbaycanın ən ucqar şərq nöqtəsi: “Qartalın dimdiyi” - FOTOLAR

Məşhur fotoqraf Andre Jabali Abşeron yarımadasının cənub-şərq qurtaracağı - Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsi olan "Şah dili”ndən fotosessiy...

Oğru soyğun üçün girdiyi evdə yuxuya getdi - FOTO

İngiltərədə ev sahibləri öz yataq otaqlarında soyğun zamanı içki içən və sonra yuxuya gedən oğrunu aşkar ediblər. Bu barədə "Daily Star” xəbər yayıb. ...

Azarkeş Salahı öpmək üçün meydana girdi - FOTO

Misir millisinin hücumçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun seçmə mərhələsində Komor adalarına 4:0 qalib gəldikləri matçdan sonra azarkeşlər tərəfindən...