Orduya “vurun” əmri verildi – RƏSMİ AÇIQLAMA

Orduya “vurun” əmri verildi – RƏSMİ AÇIQLAMA
 

"İyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrinə hücum etməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks tədbirlər nəticəsində düşmənin fəaliyyətinin qarşısı alınıb və geri otuzdurulub”.

Bunu cəbhə bölgəsində jurnalistlərə açıqlama verən Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Nazirlik rəsmisi bildirib ki, iyulun 13-ü gecədən başlayaraq və bu gün səhər saatlarından şiddətli döyüşlər davam edir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı müdafiənin ön xətdində olan general-mayor Polad Həşimov və onunla birlikdə digər hərbi qulluqçular ağır döyüşlərdə qəhrəmancasına həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi adından ailələrinə başsağlığı verir, ailələrinə səbr diləyirik.

Döyüşlərdə yaralananlar da var və onlar hazırda hərbi tibb müəssisələrində müalicə alırlar. Onların tezliklə sıralarımıza qayıtması üçün həkimlər əllərindən gələni əsirgəmir. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə görülən cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir.

Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Komandanlıq tərəfindən onların döyüş mövqelərində olan hərbi texnikaları və döyüş vasitələrinə zərbə endirilməsi ilə bağlı əmr verilib. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Heç bir şəhidin qanı yerdə qalmayacaq və onların qisası tezliklə alınacaq”.(Report)


OXŞAR XƏBƏRLƏR

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...