Rəsmi Moskva Ermənistana nəyi başa salmaq istəyir? - AÇIQLAMA

Rəsmi Moskva Ermənistana nəyi başa salmaq istəyir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi Ermənistanda bir qrup partiya fəalı Rusiya əsgəri tərəfindən Avetisyan ailəsinin qətlə yetirilməsinin 4-cü ildönümü və digər rus hərbçinin öldürdüyü Cülyetta Qukasyanın ölümünün 40-cı günü ilə bağlı yanvarın 12-də Rusiya Müdafiə Nazirliyinin Gümrüdəki 102-ci bazası qarşısında hüzn və etiraz aksiyası keçiriləcək. Bu haqda Ermənistanın Avropa partiyasının qurucusu Tiqran Xzmalyan "Facebook” səhifəsində məlumat verib.

Hərbi ekspert Tərlan Eyvazov Sfera.az-a açıqlamasında bildirdi ki, hansısa hadisə öz-özünə alovlanmır. Bütün Ermənistan, Rusiya mətbuatı, ekspertlər yazırdı ki,Paşinyan inqilabı başlamamışdan öncə Amerikanın İrəvandakı səfirliyində keçmiş sovet ölkələrində görülməmiş sayda işçiləri vardı:

 

"Bu da onu götərir ki, okean arxasından inqilaba dəstək verilmişdi. Amerika Rusiyanın mövqelərini sıxışdırmaq istəyirdi. Bundan əvvəlki president seçkilərində Qərb yönümlü namizədin qələbə şansı olsa da Rusiya bütün rıçaqlarını işə salıb buna imkan verməmişdi. ABŞ da Rusiyanın güc tətbiq edəcəyindən qorxub müvəqqəti geri çəkilmişdi”.


Ekspert deyir ki, Qərb revanş götürüb:

 

"Avropa yönümlü iqtidarın başa gəlməsi, Ermənistanın Rusiya təsir dairəsindən çıxıb Qərbə yönəlməsi göstərir. Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistanın təbii resursu, çıxışı yoxdu, qapalı vəziyətdədi. Avropaya çıxışı ola bilərdi, o da Türkiyə vasitəsiylə. Lakin onların arsında da problemlər var. Bütün bunların fövqündə Ermənistan istəyir ki, Rusiyanın hərbi kontingentini oradan çıxarsın. Buna görə də əlindəki imkanları işə salır”.


Tərlan Eyvazovun sözlərinə görə, bu cür mitinqləri indiki hakimiyyət özü təşkil edir. Üzdə olmasa da müxtəlif vasitələrlə dəstək verir:


"Əlbəttə Rusiya buna qarşıdı. Rusiya üzdə sakit dayansa da Ermənistana təzyiqləri artrmağa başlayıb. Əsas da qaz vasitəsiylə. Bir məsələ faktdır ki, qaz əvvəlki qiymətə satılmayacaq. Bu cür şeylərlə rəsmi Moskva Ermənistana başa salmaq istəyir ki, Amerika uzaqdı, mən yaxınam. Düşünmürəm ki, hərbi hissənin qarşısında keçirlən mitinqlər bir nəticə verə. Ən pis məqamda Rusiya qoşunlarını çıxarsa belə Türkiyə ilə münasibətlərinda artan xətt bunu kompensasiya edəcək”.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...