“Rəsmi Bakının hər açıqlamasına mikroskopla baxan İran məscidlərdəki donuzları görmürdü? - Etiraz

“Rəsmi Bakının hər açıqlamasına mikroskopla baxan İran məscidlərdəki donuzları görmürdü? - Etiraz
"İran dövlət rəsmiləri və din xadimləri İlham Əliyev və Azərbaycan siyasətçilərinin bu ölkə haqqında söylədikləri bütün ifadələrə mikroskop altında baxır, onları öz mənafeləri baxımından izah edir və cavablandırırlar. Amma ermənilərin donuzları məscidlərə salması faktına qiymət verməyi unudurlar və üstündən sükutla keçirlər”
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Politoloq erməni vandalizminə qarşı İranın susmamalı olduğunu bildirib:
 
"İşğal altında olan ərazilərimizdəki məscidlərimizin başına gətirilən oyunların özünü Ermənistanın himayədarı hesab edən İran tərəfindən heç nə olmamış kimi qəbul edilməsi hər bir müsəlmanın ciddi reaksiyasına səbəb ola biləcək bir faktdır. Axı Qurani-Kərimdə "Məscidlər (məbədlər) Allaha məxsusdur", deyə ("Cin" surəsi, 18), - buyrulur.
 
İslam dini abidələri dünyanın heç bir yerində ermənilərin etdiyi kimi donuz saxlanan tövləyə çevrilməyib. Çünki donuzun məscidə salınması İslam dinində müsəlmanlara qarşı yönəlmiş ən böyük təhqir hesab olunur. Bu hərəkəti edənlər gec-tez cavab verəcəklərinin fərqindədirlər. Amma bu işi törədənlərə müsəlman dövlətinin sadəcə durub tamaşa etməsi, heç bir reaksiya verməməsi məntiqlə izah edilə bilmir”.
 
Politoloq İranın da Ermənistan qədər məscid vandalizmində günahkar olduğunu deyib:
 
"İran rəsmiləri İranın Ermənistana silah göndərilməsi haqqında bizdən sübutlar istəyirlər. Erməniləri neft məhsulları ilə təchiz etmək haqqında təqdim olunan sübutlar kifayət deyilmi? Əgər ermənilər bu yanacaqdan Azərbaycana qarşı döyüşlərdə istifadə edirsə, bu elə silah deyilmi? Yaxud, işğal altında olan torpaqlarımızdakı məscidlərdən donuz tövləsi kimi istifadə olunması faktının üstündən qonşu dövlətin rəsmiləri niyə sükutla keçir və fakt tələb etmir? Çünki bu faktlar artıq bütün dünyaya təqdim olunub və bu faktları görmək istəyənlər artıq görüblər”.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR