Rəsmi Bakı hərəkətə keçdi: Qarabağdakı erməni silahlı dəstələri tərksilah edilir - AÇIQLAMA

Rəsmi Bakı hərəkətə keçdi: Qarabağdakı erməni silahlı dəstələri  tərksilah edilir - AÇIQLAMA
Bu gün erməni QHT sədri Aşot Arutunyan öz çıxışında Qarabağda - rusiyalı sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində yerləşmiş erməni hərbi birləşmələrinin tərksilah ediləcəyini deyib. O, məlumatın Qarabağdakı terrorçu-separatçıların rəhbəri Arayik Arutunyan tərəfindən ona şəxsən deyildiyini vurğulayıb. 
 
"Arayik Arutunyan Qarabağdakı silahlı birləşmələrin buraxılacağını dedi. Soruşdum ki, "sənə bu haqqı kim verib?”. O isə "azərbaycanlılar bunu tələb edir”, - deyə cavab verdi”.

Maraqlıdır, bu açıqlamanı rəsmi Bakının şərtləri kimi dəyərləndirə bilərikmi? 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Sfera.az-a açıqlamasında deyib ki, bu cür açıqlamalarda qəribə bir şey yoxdur:

"Çünki faktiki olaraq, üçtərəfli bəyanatda qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmalı olduğu qeyd edilmişdi. Ancaq müvəqqəti olaraq, ermənilər digər məsələlərdəki kimi (Zəngəzur koridoru və ya kommunikasiyaların açılması) bunu da ləngitdilər.  Sonuncu baş tutan görüşlər və verilən mesajlar onu deməyə imkan verir ki, tezliklə ermənilər öz öhdəliklərini yerinə yetirəcəklər. Xüsusilə də, Azərbaycan ərazilərində olan qanunsuz silahlı dəstələrin çıxarılması, Ermənistan tərəfindən rəsmi Bakının tələblərinin tanınması, nəticə etibarilə də sülh danışıqlarının baş tutması qaçılmazdır”.

Müsahibimiz həmçinin, Zəngəzur koridorunun da fəaliyyətə başlayacağını vurğulayıb:

"Dünən prezident İlham Əliyev Zəngilandakı ictimaiyyətlə görüşündə də bu məsələyə aydınlıq gətirdi. Bu baxımdan biz anlamalıyıq ki, ermənilərə tam olaraq güvənmək olmaz. Ancaq istənilən halda, ermənilər reallıqları dərk edirlər və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Sülhdən başqa onların çıxış yolu yoxdur. Əks təqdirdə, ermənilər hansısa baş tutacaq bir toqquşma və ya münaqişə nəticəsində tamamilə öz varlıqlarına son qoya bilərlər. Aşotun son açıqlamalarına oxşar sözləri hələ tez-tez eşidəcəyik”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...