Rəsmi Bakı ATƏT-İn Minsk qrupunun fəaliyyətinə razılıq verəcəkmi? - RƏYLƏR

Rəsmi Bakı ATƏT-İn Minsk qrupunun fəaliyyətinə razılıq verəcəkmi? - RƏYLƏR
"ATƏT-in Minsk qrupunun həmsdərlərinin son bəyanatına baxmayaraq, onların rolu regionda öz möcudluğunu qorumaq və münaqişəni gündəmdə saxlamaqdır”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O,  bu fomatın bundan sonrakı prosesə töhfə verməsinin mümkün olmadığını qeyd edib:

"Minsk qrupu Azərbaycan və Ermənistan arasında normal münasibətlərin qurulmasına əngəl ola bilər. Çünki iki ölkə arasında sülhün əldə edilməsi həmsdrlərin fəaliyyətinin sonu deməkdir. Bundan əlavə, Minsk qrupu Qarabağdakı ermənilərin statusunu qabardacaq və danışıqların bu səpkidə aparılmasına çalışacaq. Onların gəlib azərbaycanlı köçkünlərin Xankəndinə və Ağdərəyə qayıdışına kömək edəcəklərinə töhfə verməsi mümkün deyil”.

Politoloq bildirib ki, Minsk qrupunun humanitar missiyaya və sülhün əldə edilməsi istiqamətində çalışmalarına ehtiyac yoxdur: "Bundan əlavə, ABŞ və Fransanın gəlib burada digər ölkələrdən sülhməramlı qüvvələrin təmsil olunması üçün çağrışlarıda əleyhimizə ola bilər. Beynəlxalq missiya adı altında gəlib, Rusiya ilə əlbir olub ermənilərin statusunu tələb edəcəklər. Azərbaycan və Türkiyə Rusiyanın öhdəsindən gələcək. ABŞ və Fransanı bundan sonra prosesə cəlb etməklə münaqişəni gündəmə gətirmək olar. Ona görə də Azərbaycan konkret olaraq Minsk qrupunun fəaliyyətinə son verməlidir.
 
Üçtərəfli format var. Bakı-Ankara və Moskva formatı davam edir və digər ölkələri bu formata cəlb etmək maraqlarımıza ziddir. Heç bu formatda Ermənistan təmsil olunmur. Çünki Ermənistanla məsələ bitib. Qarabağda Rusiyanın sülhməramlı qüvvələrin məsuliyyət zonasında ermənilərə cavabdeh ölkə Rusiyadır. Ona görə də ABŞ, Fransa birbaşa ermənilərə dəstək verəcək”.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatı müharibəyə qədər olduğu kimi tərəflər arasında obyektivliyi güdməyən və postmüharibə reallıqlarını nəzərə almayan yersiz bəyanat kimi qiymətləndirmək daha doğru olardı:

"İndiki halda onların əsas vəzifəsi sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi, Ermənistanla Azərbaycan arasında etimad mühitinin quruculuğu ola bilər. Əlbəttə ki, Azərbaycan hər şeyin fərqindədir. 30 il ərzində dünyanın istənilən nöqtəsindəki münaqişəyə, o cümlədən cırtdan Ermənistana təsir alətləri olan dövlətlərin işğalçı ilə işğala məruz qalan arasında balanslı siyasəti bundan sonra da davam edəcək. Lakin dəyişən reallıq var. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasındakı regiondakı yeni geosiyasi proseslər Minsk qrupunun iştirakı olmadan həyata keçirilir”.

Qeyd edək ki, ötən gün ATƏT Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanatla çıxış ediblər. Həmsədrlər, qiymətləndirmə aparmaq üçün bölgəyə, o cümlədən Qarabağ və ətraf rayonlara işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayıblar.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...