Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı xəbərə aydınlıq gətirdi

Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı xəbərə aydınlıq gətirdi
"Yayılan bu söz-söhbətlər həqiqəti əks etdirmir. Bunu mənimlə görüşmək istəyən bir cavan oğlan yayıb ki, diqqətimi çəksin”.

Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

O bildirib ki, oğlunun səhhəti qaydasındadır:

"Bu məsələni yazan Füzulidən olan bir oğlandır. Düşünürəm ki, onun səhhətində ciddi problemlər var, əks halda belə bir şey etməzdi. Həmin oğlan neçə müddətdir mənim nömrəmə zəng edir və mənimlə görüşmək istədiyini deyir. Mən də demişəm ki, otur taksiyə Füzulidən gəl Bakıya. Gəliş-gediş üçün pulunu verirəm. Deyir ki, yox, sən durub gəlməlisən Füzuliyə. Mən də təbii ki, gedə bilmirəm. Zənglərinin əlindən onlayn dərslərimi apara bilmirdim. Məcbur olub iki əlaqə nömrəsini də blok etdim. 

Ondan sonra götürüb yalan-yanlış belə bir məlumat yazıb. Bilmirəm harada yayıb, kimə deyib, mənə zəng edib oğlumu soruşurlar. O gün yenə zəng edib deyir mən səni çox istəyirəm. Bu yazını ona görə yazdım ki, məni polisə verəsən, polis də məni sənin yanına gətirsin. Oğlum tam sağlamdır, heç bir narahatlıq yoxdur”.

OXŞAR XƏBƏRLƏR

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...