Rəşid Mahmudov koronavirusa yoluxdu
16:38 / 13.01.2021
1743
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusa yoluxub.
Dosentin COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda onun müalicəsi davam edir.
Sfera.az xəbər verir ki, R.Mahmudov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib:
"Bir neçə gün öncə test verdim. Koronavirusa yoluxduğum məlum oldu. Hazırda evdə müalicə alıram. Hələ ki, səhhətim normaldır”.