Hadİsə

Rəsədxana maqnit qasırğası barədə məlumat yaydı

Rəsədxana maqnit qasırğası barədə məlumat yaydı
 

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Qeyd olunub ki, günəş fəallığı çox aşağı səviyyədə olub, diski ləkəsizdir.

Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) aşkar olunmayıb. 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə ACE peyki vasitəsilə aparılan ölçmələrdə Günəş küləyi parametrlərində normal rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 310 - 330 km/san intervalında olub, ümumi maqnit sahəsi ortalama 5 nT-ya bərabərdir. Bz komponenti zəif dəyişib. Phi bucağı əsasən dəyişkən olub. 

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3). Kosmik hava proqnozu  dövründə (26 - 28 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə də (26 – 28 avqust) aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (26 – 28 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (26 – 28 avqust) Günəş küləyi parametrlərinin CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk iki gün (26, 27 avqust) qeyri-stabil şərait (Kp=3, 4) proqnozlaşdırılır. Sonuncu proqnoz günü (28 avqust) CH HSS effekti geoeffektivliyi azalacağından nisbətən sabit şərait (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı 26 və 28 avqust proqnoz tarixlərində 5%-dən, 27 avqustda isə 10%-dən aşağı qiymətləndirilir. 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30