Rəşad Sadıqov UEFA-nın rəmzi yığmasında

Rəşad Sadıqov UEFA-nın rəmzi yığmasında

Avropa Liqasının qrup mərhələsinin IV turunun rəmzi yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi siyahıda Azərbaycan millisinin və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb.
 
PAOK-la Yunanıstanda keçirilən matçdakı 1:0 hesablı qələbədə böyük pay sahibi olan 34 yaşlı mərkəz müdafiəçisi rəmzi komandada da eyni mövqedə yer alıb. Salonikidəki görüşün ən yaxşısı olan Sadıqovun daxil edildiyi bu "11-lik” 3-4-3 taktiki sxeminə uyğun tərtib edilib.
 
Komandanın qapısı Ralf Fahrmana ("Şalke”, Almaniya) həvalə edilib. Müdafiədə Rəşadın sağında Numan Çürüksü ("Osmanlıspor”, Türkiyə), solunda Virgil van Diyk ("Sauthempton”, İngiltərə) yer alıb. Yarımmüdafiənin cinahları Hi Çan Hvanq ("Zalsburq”, Avstriya) və Taysona ("Şaxtyor”, Ukrayna) həvalə olunub. Meydanın mərkəzində isə ən yaxşılar Stançu ("Anderlext”, Belçika) və Cluianodu ("Zenit”, Rusiya).
 
Hücum xəttinin qanadlarında Musa Sou ("Fənərbaxça”, Türkiyə) və Edin Dzeko ("Roma”, İtaliya) yer alıblar. Mərkəz hücumçusu mövqeyi isə Avropa Liqası tarixində ilk penta-trikin müəllifi olan Arits Adurisə ("Atletik”, İspaniya) verilib. 


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...