Rəşad Sadıqov: "Neftçi" çempion olsaydı... - MÜSAHİBƏ

Rəşad Sadıqov:
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Səbail" üzərində 4:0 hesablı qələbəni dəyərləndirib. Çempionluğun rəsmiləşdiyi XXVII tur oyunundan sonra o, bir sıra maraqlı məqamlara da toxunub.

- Hamımız qələbə qazanaraq, çempion olmağa köklənmişdik. Ötən turdan sonra aramızda 5 xallıq fərq qalırdı. "Bu tur çempion olacağımızı gözləyirdim" desəm, yalan olar. Allaha çox şükür ki, bunu bacardıq. Çox xoş hisslərdi. Bütün "Qarabağ"sevərləri, azarkeşləri, futbol ictimaiyyətini təbrik edirəm. Komandalar arasında son turadək gərgin mübarizə, maraqlı yarış getdi. Hər iki komanda idman prinsiplərinə riayət etdi. Aramızda centlemensayağı yarış oldu. Son turlarda daha çox uğur qazandıq və çempion olduq.

- Futbol ictimaiyyətinin istədiyi o idi ki, hər şey son turda həll olunsun. Yəqin ki, siz bunu istəmirdiniz...

- Biz bu haqda düşünmürdük. 7-8 tur bundan əvvəl 5 xal geridə idik. Şəxsi qarşılaşmalarda da vəziyyətimiz yaxşı deyildi. Son tura qalsaydı, mütləq 2 top fərqi ilə qələbə qazanmalı idik. Bunu nəzərə alsaq, son tura qədər 2 xal fərqimiz olacaqdı. Hər kəs istəyər ki, daha tez çempion olsun, qələbə qazansın. Amma bu barədə düşünmürdük. "Neftçi"nin son turdakı xal itkisi, "Sumqayıt"ın qələbəsi bizim üçün gözlənilməz oldu.

- "Qarabağ"ın 3 cəbhədə - Avroliqa, ölkə kuboku və çempionatda mübarizə aparması "Neftçi" üçün bir üstünlük idi. Fikrinizi sırf Premyer Liqaya yönəltdikdən sonra əvvəlcə liderliyi qaytardınız, bu gün isə çempion oldunuz. Belə çıxır ki, ölkədə "Qarabağ"a çata biləcək komanda yoxdu?

- Belə deməzdim. Bu il hər iki klub çempionluğa yaxın idi. "Neftçi" də yaxşı oyun nümayiş etdirdi. Çempion olsaydılar, biz onları təbrik edəcəkdik. Belə deyək, xırda səhvlər həlledici oldu. Biz sonda daha az səhv etdik deyə, çempion olduq.

- Bu mövsüm "Neftçi"ni məğlub edə bilməmisiniz. Çempionluğunuz növbəti turda qələbə qazanmağınıza motivasiya verəcəkmi?

- Düzü, mənim üçün çempionat ərzində hansı komandaya qalib gəlməyimizin və ya uduzmağımızın heç bir əhəmiyyəti yoxdu. Əsas sonluqdu ki, çempion olaq. Heç vaxt hesablamıram ki, hansı komandanı neçə matçda udmuşuq. Bu çempionatdı, kubok oyunu deyil.

- Bu gün stadiona az azarkeş gəlmişdi. Sanki "Qarabağ"ın çempionluğunu bayram edənlərin sayı az idi. Avrokubokda isə bundan çox fərqli olur...

- Gələnlər sağ olsunlar. Avrokubok oyunlarında azarkeşlərimiz lazım olan hər anda, ehtiyacımız olduğu hər zaman yazınımzda olurlar, dəstək verirlər. Onları da təbrik edirəm, təşəkkürümü bildirirəm. Həqiqətən də gərgin mövsüm oldu.

- Növbəti mövsümdə sizi yenə də meydanda görə biləcəyik?

- Bütün fikrimi çempionata yönəltmişdim. Bu haqda qarşıdakı günlərdə fikirləşəcəyik. Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki, əsas fikrimizi çemiponata yönəldək. Hər şeyin öz vaxtı var.

OXŞAR XƏBƏRLƏR

"Avtomobilimi 305 km/saat sürətlə sürmüşəm" - MÜSAHİBƏ

"Tuninqlə bağlı problem olmuşdu. Həm də mən milli komanda ilə toplanışda olduğum vaxt qohumum maşını sürətlə idarə etmişdi və avtomobili saxlamışdılar. Həmin va...

Fariz Nəcəfov: "Əlavə maliyyə mənbələri axtarmağı düşünürük” - MÜSAHİBƏ

Sfera.az "Qəbələ"nin yeni prezidenti Fariz Nəcəfovla müsahibəni sizə təqdim edir: - Aprelin 10-da "Qəbələ"nin prezidenti postundan istefa verən Tale ...

Zaur Axundov:" Komandanın bu durumu böhrandır"- MÜSAHİBƏ

"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlə...

Adamyeyənlər arasında olmuş azərbaycanlı alpinist: "Düyü alıb, bizi yemədilər" - VİDEO

Azərbaycanlı həvəskar alpinist Vadim Vokryaçko planetin ən yüksək nöqtəsini – Everest zirvəsini fəth etməyə hazırlaşır.     Sfera.az xəbər verir ki...

Ərəb iş adamı Bakıda bu klubun pulunu kəsdi

Bir müddət öncə maddi problemlər üzündən fəaliyyətini dayandıran "Yasamal” MFK-nın rəhbəri Orxan Allahverdiyev danışıb:  - Klubun bağlanılaması...

"Yalnız bu medal çatmır" - Olimpiya çempionu ilə MÜSAHİBƏ

Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin güləşçisi Şərif Şərifov  müsahibə verib.   Sər...