Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə görüşdü - FOTO

Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə görüşdü - FOTO
Bu gün Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında avtomobil və hava nəqliyyatı, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin GUAM və TRASEKA kimi beynəlxalq təşkilatlar və təşəbbüslər çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...