“Məsələnin Rəşada aidiyyəti yoxdur” - AzTV-nin Bədii Şurasından açıqlama

“Məsələnin Rəşada aidiyyəti yoxdur” - AzTV-nin Bədii Şurasından açıqlama
Əməkdar artist Rəşad İlyasovun Azərbaycan Dövlət Televiziyasının (AzTV) solistliyindən çıxarılması barədə məlumat yayılıb. Buna səbəb onun müğənni Rüfət Axundovla Space TV-nin efirində oxuduğu söyüşlü duetidir. 

Sfera.az "Qafqazinfo”-ya istinadla mövzu barədə AzTV-nin "İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramovla əlaqə saxlayıb. Kanal rəsmisi açıqlamasında bildirib ki, bu cür məsələlərlə Bədii Şura məşğul olur və onların hələ ki, iclası keçirilməyib. 

Bədii Şuranın üzvü, Xalq artisti Mübariz Tağıyev isə "Qafqazinfo”ya danışaraq mövzunun Bədii Şuraya aid olmadığını bildirib:

"Mövzudan xəbərim var. Bu, Bədii Şuralıq deyil. Çünki AzTV-nin efirində baş verməyib. Rəşad İlyasovun solistlik məsələsi isə başqa dairələrdə həll olunacaq. Mənə elə gəlir ki, həmin ifadələr Rüfət tərəfdən olub. Rəşad İlyasovun  isə efirdə mikrofonu işarə etməsi məsələsi də var. Rəşad rejissora deyə bilər ki, mikrofonu aç, mahnıya canlı oxuyub qoşulmaq istəyirəm. Efirdə belə şeylər olur. Bir işarə edirsən, bəstənin nəqarətinə qoşulmaq istədiyini bildirirsən. Yanında baş verənlərin Rəşada aidiyyəti yoxdur”. 

Bundan əlavə, M. Tağıyev hər iki ifaçını tənqid də edib: "Sözün düzü, onlardan bunu gözləmirdim. Bu şit zarafatdır, nədir? İkisi də tərbiyəli uşaqdır. Bu nədir belə? Başım çıxmadı”.


OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...