Rəşad Atakişiyevlə vidalaşırıq - VİDEO

Rəşad Atakişiyevlə vidalaşırıq - VİDEO

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb. APA xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, pilotun 3 və 7 mərasimi sabah, yəni iyulun 22-də Heydər Məscidində keçiriləcək.

 



OXŞAR XƏBƏRLƏR