Rəqsanə Moskvaya toya gedən xanım müğənniləri hədələdi - VİDEO

Rəqsanə Moskvaya toya gedən xanım müğənniləri hədələdi - VİDEO
Müğənni Rəqsanə İsmayılova toy üçün Bakıdan Moskvaya gedən xanım həmkarlarını tənqid edib.

Sfera.az xəbər verir ki, ifaçı instaqramda canlı yayım açaraq ad çəkmədən Rusiyadakı məclislərdə əksər sənətçilərin özlərini qeyri-etik apardığını iddia edib.

O bildirib ki, həyat yoldaşı, sevgilisi olan qadınlar məclislərdə xoşagəlməz hərəkətlər edir: "Özünüzü pula görə hörmətdən salmayın. Siz məclisə oxumaq üçün gəlmisiz. Artıq şeylər nəyə lazımdır?

Bir də o insanlar haqqında artıq şeylər eşitsəm, onların adlarını açıqlayacam. Qoy Azərbaycandakı sahibləri gəlib bunları aparsınlar.

Zülmlə bir yerə gəlib çıxmısız. Ayıbdır! Pulu bu qədər sevməyin. Sizin çıxış etdiyiniz kafelərə baxıb utanıram.

Beş ildir Moskvada yaşayıram. Onlar kimi 50-60 min rubla konsert vermirəm, kafe müğənnisi deyiləm. Konsert konsert zallarında olar, restoranda yox! Başa düşürəm, pandemiyaya görə əziyyət çəkirsiz. Gəlin, toylarda iştirak edin. Amma pula görə özünüzü biabır etməyin. Siqaret damağınızda kişilərin içərisində oturmusuz. Sizə necə baxırlarsa, bizə də elə baxacaqlar.

Toy qurtaran zaman evinizə gedin. Musiqiçi, toy sahiblərinin qohumları ilə özünüzü biabır etməyin. Moskva böyük şəhər olsa da, söhbət tez yayılır”.

OXŞAR XƏBƏRLƏR

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...