Rəqqasə Fatimə bu bağ evini 200 min AZN-ə satışa çıxardı - VİDEO
16:32 / 07.04.2021
2088
Rəqqasə Fatimə Fətəliyeva bağ evini satışa çıxarıb.
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, yeni bağ almaq istəyir:
"Bağım Şüvəlan qəsəbəsindədir. Çox böyük tikmişəm, heç ikinci mərtəbəyə çıxan yoxdur. Ona görə də tamaşaçılar hər dəfə deyir ki, gözləri doymur. 200 minə satıram. Mebeli, hər şeyi içində. 6 sot torpaq sahəsi, hovuzu var".