Rəmişin keçmiş həyat yoldaşı DANIŞDI: \"Mənə balam deyirdi\"

Rəmişin keçmiş həyat yoldaşı DANIŞDI: \
Hamımızın Rəmiş kimi tanıdığımız tanınmış gitaraçı Rafiq Hüseynovun həyat yoldaşı Arzu xanım açıqlama verib.

Sfera.az  xəbər verir ki, o, bu barədə Arb telekanalında yayımlanan verilişə danışıb. Arzu xanım bildirib ki, "1979- cu ildə el adəti ilə deyil, qoşulub qaçmaqla Rəmişlə evlənmişik.
Rəmişin istəyilə övladımızın adına onun atasının adı-Hüseyn qoyuldu. Rəhmətlik anam görürdü ki, Rəmiş evdən gedir, bir də bir həftədən sonra gəlirdi ki, Gürcüstanda toyda idim. Bizim nə davamız, nə söz-söhbətimiz olub. O, heç vaxtı mənim qəlbimə dəyən söz deməyib. Allah var başımın üstündə, o, məni döyüb, söyməyib. O, mənə övladı kimi baxıb, mənə balam deyirdi.

Onunla mənim aramda 14 yaş fərqimiz var. Bir dəfə də itkin düşüb qayıdanda anam dedi ki, bir də xahiş edirəm gəlmə. Anam ona dedi ki, mənim övladımın onsuz da taleyini pozmusan, belə ailə olmaz, gəlmə. Gedəndən sonra Rəmiş dəfələrlə geri gəldi, amma mən gördüm ki, valideynlərim düz deyir, belə ailə olmur.

Bir dəfə Hüseyn xəstələnmişdi, Rəmişi axtrarıb tapa bilmədik. Oğlum bir dəfə Rəmişlə görüşmək üçün veriliş çəkilən yerə onun görüşünə getmişdi. Bu görüşə Gülü etiraz etmişdi. Hüseyn həbsə düşdü, oradan çıxdı, 2013- cü ildə rəhmətə getdi.

Mən Rəmişi nə lənətləmirəm, nə də sevinmirəm, ölüm haqdır, hamı üçün var. Bəlkə mən ondan qabaq dünyamı dəyişəcəm. Allah onun şəfasını versin. Övladlarından halallıq almamış o dünyadan rahat köçə bilməz. Mənim onu bağışlamağımla deyil, onu Allah bağışlamalıdır. 33 yaşında övladın rəhmətə gedə, sən gəlib onun qəbrini ziyarət etməyəsən?"

Qeyd edək ki, Rəmişin Arzu adlı xanımdan qeyri-rəsmi oğlu olduğu iddia edilən Hüseyn Hüseynov ("Quska" adı ilə tanınıb) səkkiz il əvvəl Rusiyada həbs olunub və cəzaçəkmə müəssisələrindən birində cəza çəkib. Hüseyn Hüseynova 9 il həbs cəzası kəsilib. Məlumata görə, H. Hüseynovun meyiti artıq ölkəyə gətirilib və Yevlax qəbiristanlığında torpağa tapşırılıb.
 
(sonxeber.az)

OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...