Rəmiş dəfn edildi
13:25 / 06.04.2021
1339
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) dəfn edilib.
Sfera.az xəbər verir ki, Rəmiş "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasiminə ictimai-siyasi xadimlər, tanınmış sənətkarlar qatılıb.
Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.