\"Reklam Agentliyi barəsində səhlənkarlıq maddəsi ilə cinayət işi başlanılmalı idi...\"

\
 "Prokurorluq məndən fakt istəyir, mən köşkü götürüb aparıb Baş Prokurorluğa qoya bilmərəm ki, onların iş yerlərinin qarşısında, yaxınlığında da belə köşklər var”.
 
Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev spirtli içkilər və tütün məmulatlarının satışına nəzarətin gücləndirilməsi haqda danışıb.

Q.Həsənquliyev bildirib ki, bütün məktəblərin, kolleclərin qarşısında köşklərdə siqaret reklam olunur:

"Siqaret çəkənlərin 95 faizi məktəb illərindən başlayır. Sonradan bilir ki ziyandır, amma tərgidə bilmirlər. Məktəbli vaxtında onun siqaret çəkməsinin qarşısı alınsa, böyüyəndə bunun ziyan olduğunu biləndə artıq çəkməyəcək.

Uşaqlara bilərəkdən pulsuz siqaret paylayırlar ki, sonradan gəlib alsın. Mən bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etmişdim. Onlar məktubumu Dövlət Reklam Agentliyinə göndərdilər. Belə olan halda, Reklam Agentliyi barəsində Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə cinayət işi başlanılmalı idi. Prokurorluq məndən fakt istəyir, mən köşkü götürüb aparıb Baş Prokurorluğa qoya bilmərəm ki. Onların iş yerlərinin qarşısında, yaxınlığında da belə köşklər var”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...