Çörək 11% bahalaşıb

Çörək 11% bahalaşıb
 

2019-cu ilin oktyabr ayında Gürcüstanda inflyasiya 6.9% təşkil edib.

Sfera.az  xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında məlumat verilib. Bildirilib ki, inflyasiya dərəcəsi ilə əlaqədar olaraq bu ölkədə orta hesabla 4.7% bahalaşma qeydə alınıb.

Bahalaşma daha çox qida məhsulları və alkoqolsuz içkilərdə özünü göstərib. Bu qrup üzrə qiymət artımı ümumilikdə 13.5% təşkil edib. Hesabat dövrü ərzində Gürcüstanda meyvə 26.9%, süd məhsulları və yumurta 16%, balıq 15.8%, ət 14.7%, şəkər, bal, şokolad və şirniyyat qiymətləri 13.7%, tərəvəz 12.4 faiz, çörək 11% bahalaşıb.

 

Tütün və alkoqollu içkilərin qiymətində isə 13% artım qeydə alınıb. (APA)


OXŞAR XƏBƏRLƏR