Rəhman Axundov meşəyə 26 milyonluq zərər vurub

Rəhman Axundov meşəyə 26 milyonluq zərər vurub
 

Rusiyanın Perm vilayətinin Oktyabrski Rayon Məhkəməsində Şuçye-Ozero kəndinin sakini, Azərbaycan vətəndaşı Rəhman Axundovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, R. Axundov Rusiya Cinayət Məcəlləsinin 260.3 3-cü maddəsi ilə nəzərdə tutulmuş bir sıra əməlləri törətməkdə ittiham olunur. Belə ki, o, meşə sahələrinin xüsusilə böyük ölçülərdə talanmasında təqsirli bilinir.

Məhkəmə təqsirləndirilən şəxsin 2017-ci ilin yay aylarından 2018-ci ilin qış aylarına qədər qanunsuz yollarla varlanmaq məqsədi ilə Perm ərazisindəki Dövlət xəzinədarlıq müəssisəsi olan "Oktyabr meşəçiliyi” ərazisində mövsümi meşə tədarükü ilə məşğul olduğunu müəyyən edib. Qanunsuz əməllərini həyata keçirən Axundov, iki muzdlu briqada cəlb edərək şam və küknar ağaclarından ibarət 1,2 min kubmetrdən çox qiymətli meşə ağaclarını kəsdirib. Əslində onun ağac kəsmək üçün qanuni icazəsi olmayıb.
Axundov törətdiyi qanunsuz əməlləri ilə meşə fonduna təxminən 26 milyon rubl məbləğində ziyan vurub. Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, müttəhimi 4 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə habelə dövlətə dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edib. Maddi ziyanı kompensasiya etmək üçün məhkumun əmlakı - meşə təsərrüfatı texnikası müsadirə edilib. (virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı

 Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər. S...

Koronavirusun yayılma sürəti iki dəfə artıb

  SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb. TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkila...

Avropada COVID-19-la bağlı son vəziyyət

Virusun yayılma təhlükəsinə görə bəzi ölkələr karantin müddətini uzadır.   Sfera.az "REAL TV"yə istinadən xəbər verir ki, Polşada sükut günüdür.   ...

ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır: “Həqiqəti gizlədirlər”

 Ölkədən qaçan bir Çin viroloqu ÇXR səlahiyyətlilərini koronavirus gizlətməkdə günahlandırır. Qadın iddia etdiyi kimi, "itkin düşmüş" informatorların siyah...

Maldiv adaları bu tarixdən turistlərə qapılarını açır

 Hind okeanında 1200 adadan ibarət olan Maldiv adaları koronavirus pandemiyası səbəbi ilə bağlı olan qapılarını turistlər üçün yenidən açır.  Sf...

SOS! 5 il sonra dünyanı dəhşətli təhlükə gözləyir

  Ümumdünya Meteoroloji Təşkilatın (ÜMT) mütəxəssisləri tərəfindən aparılmış tədqiqat onu göstərir ki, dünya Paris iqlim sazişinin məqsədlərini yerinə yet...