“Regiondan nə Ermənistan, nə də biz köçəsiyik” – Düşmən ölkə ilə iqtisadi münasibətlər hansı halda qurula bilər?

“Regiondan nə Ermənistan, nə də biz köçəsiyik” – Düşmən ölkə ilə iqtisadi münasibətlər hansı halda qurula bilər?

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə regionda qonşuluq əlaqələrinin bərpası əsas müzakirə mövzusu olub.


Ölkə başçısı qonşuluq şəraitində necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməyin vacibliyinə toxunub.


Maraqlıdır, Azərbaycanla Ermənistan arasında diplomatik və iqtisadi əlaqər hansı halda qurulua bilər? Ümumiyyətlə, bu, yaxın gələcəkdə mümkündürmü?


Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə Azərbaycan və Ermənistan əlaqələrinin qurulmasının çətin olduğunu bildirib:


"Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoyub, revanşizmi kənara çəksə, yəni, sülh istiqamətində zəruri addımları atsa əlaqələrin qurulmasından söz gedə bilir. Azərbaycanın bütün qonşuları ilə normal münasibətləri var və bu sadalananan şərtlərin ödəniləcəyi halda Ermənistanla da belə əlaqələr mümkündür. Amma görünən odur ki, Ermənistanın Azərbaycana qarşı müsbətyönlü addım atması çətindir.

 

Onlar yüz illər miflərlə yaşayıb, qonşularına qarşı ərazi iddiaları irəli sürüblər. Faşist ideologiyası və xaricdə olan erməni diasporunun təzyiqləri onları dəyişməyə qoymur. Erməni diasporu hətta bizim bölgədə yaşayan erməniləri də böyük məmnuniyyətlə qurban verib genosid göz yaşları axıda və bundan əleyhimizə istifadə edə bilərlər. Ermənilər uzun müddətdir ki, onları idarə edən faşist qüvvələrin qurbanlarıdır".


Real Partiyasının icra katibi Natiq Cəfərli bir müddət sonra Azərbaycan Ermənistan münasibətlərinin bərqərar olacağını və başqa alternativin olmadığını qeyd edib:

 

"Azərbaycan müharibəni qələbə ilə başa çatdırıb. Əvvəllər torpaqlarımız işğal altında olanda müxtəlif beynəlxalq konfranslarda həmişə Ermənistan sülhdən danışırdı. Çünki I Qarabağ savaşında qələbə qazanmışdılar deyə sülhün bərqərar olmasından danışıb kommunikasiyanın açılmasını tələb edirdilər, status kvonun uzun müddət qalmasının tərəfdarı idilər. İndi vəziyyət dəyişib, hərbi üstünlük Azərbaycan tərəfindədir”.

 

N.Cəfərli hesab edir ki, indi çox şey Ermənistanın özünü necə aparmasından asılı olacaq:

 

"Regiondan nə Ermənistan, nə də biz köçəsiyik. Bu baxımdan əlaqələri bərpa edib qonşuluq şəraitində yaşamalıyıq. Lakin bu da Ermənistandan aslı olacaq ki, onlar Azərbaycanın sərhəd toxunulmazlığını, ərazi bütövlüyünü tanısın. Azərbaycan ərazisində qalan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlüskəsizliyinə Azərbaycan tərəfinin zəmanət verməsi nəticəsində normal qonşuluq şəraitində yaşam olacaqsa iqtisadi əlaqələrin bərpası, kommunikasiyaların açılması regionda sülhün bərqərar olmasına gətirəcək. Amma Ermənistanın təcavüzkarlıq siyasəti davam edərsə dəyişən heç nə olmayacaq.

 

Ermənistanın əlaqələrin qurulması yolunda addım atması üçün zamana ehtiyac var. Çünki hələ yaralar təzədir, psixoloji gərginlik çoxdur. Amma onların başqa yolu da yoxdur. Bir müddətdən sonra əlaqələrin qurulması, normal müzakirə ortamının yaranması mümkün olacaq. İndi zaman qalib tərəf kimi bizim lehimizə işləyir".

 

Sfera.az

Əzizə Zeynal

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...