\"Regionda yeni bir siyasi-hərbi platforma qurulur\" - \"Bakı Bəyannaməsi\" ilə bağlı AÇIQLAMA

\
Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şəntop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır. Toplantının yekun sənədi olaraq "Bakı Bəyannaməsi” imzalanacaq.
 
Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında qeyd edib ki, sözügedən ölkələrin parlament sədrlərinin bir araya gəlib, "Bakı Bəyannaməsi" imzalaması, "Şuşa Bəyannaməsi"ndən sonra, regionda yeni bir siyasi-hərbi platformanın qurulmasıdır.

Onun sözlərinə görə, Türkiyə məhz regional strateji mövqeyini gücləndirmək üçün xüsusilə, Mərkəzi Asiya, Orta Şərqdə  Azərbaycan və Pakistanla  birgə əməkdaşlığa əsaslanır:

"Bakı Bəyannaməsi" siyasi əməkdaşlığı nəzərdə tutsa da, artıq hər iki ölkə Azərbaycanla sıx hərbi əməkdaşlığa malikdir və hər iki ölkənin hərbçiləri Azərbaycanla birgə kordinasiyalı çalışır, birgə hərbi təlimlər keçirir. Ümumiyyətlə, "Bakı Bəyannaməsi"nin digər əhəmiyyətli hissəsi Pakistanla ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişafıdır. Cənubi Qafqazda Azərbaycanın Türkiyə və Pakistanın hərbi dəstəyini alması gələcək perspektivdə birgə ordunun yaradılmasını mümkün edə bilər. Bura Mərkəzi Asiyanın Türk dövlətlərinin də üzv olması reallaşa bilər. Türkiyənin strateji planı budur və regionda proseslər Azərbaycanın leyhinə dəyişir”.

Politoloq qeyd edib ki, Ermənistanın Azərbaycanla üçtərəfli sazişə əməl etməməsi, Fransanın və Rusiyanın Ermənistanın vasitəsilə təxribatlara əl atması, məhz Türkiyənin regionda artan aktivliyindən qaynaqlanır:

"Şuşa və "Bakı Bəyannaməsi" Azərbaycanın  hər iki ölkənin müttəfiqi olduğunun göstəricisidir. Pakistanın Azərbaycanla əlaqələrini inkişaf etdirməsi bu ölkənin Mərkəzi Asiya vasitəsilə Avropaya çıxışını da təmin etməklə yanaşı, regionda təsir gücünün artmasına gətirib çıxaracaq. Hər iki ölkə güclü orduya və  nüvə silahına malikdir. Azərbaycanın bu iki ölkə ilə müttəfiqliyi ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...