\"Regionda yaranan düyünü açmaq üçün müharibə qaçılmaz görünür\" - Hansı ölkələr iştirak edəcək?

\
Son günlər Ukrayna-Rusiya münasibətləri yenidən gərginləşib. Ukrayna Silahlı Qüvvələrinin ötən gün Donbass separatçılarının artilleriya mövqeyinə "Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən ilk zərbəni endirməsindən sonra təmas xətti boyu vəziyyətin kəskinləşdiyi haqda xəbərlər yayılıb.
 
Maraqlıdır, proseslər bölgədə müharibəyə yol aça bilərmi?

Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında deyib ki, Ukraynın Donbasda separatçıların mövqelərinə "Bayraktar"la hücum etməsi və qarşılıqlı artilleriya döyüşləri danışıqların dalana dirənməsi və Moskvanın güzəştsiz mövqeyidir:

"Ukrayna və Rusiya arasında demək olar ki, danışıqlar baş tutmur və "Normand" formatı, yanlız atəşkəsin saxlanmasına hesablanıb. Bu da, Ukraynanın maraqlarına cavab vermir. Sözügedən ölkəyə ABŞ-ın dəstəyi, NATO-nun fəallaşması, həmçinin Rusiyanın Qara dənizdə hərbi donanmasını inkişaf etdirməsi ABŞ başda olmaqla, NATO-nu hərkətə gətirib. 

Rusiya hazırda geniş miqyaslı müharibədə maraqlı deyil. Gniş miqqyaslı müharibə baş verərsə, Ukrayna ordusu separatçılar üzərində tam qələbə əldə edə bilər. Hazırda Ukrayna ordusunun döyüş  qabiliyyəti yüksək səviyyədədir və arsenalında "Leta"l silahlarla təchiz edilib”.

M.Əsədullazadə qeyd edib ki, müharibə başlayacaqsa, Ukraynanın hərbi əməliyyatlarını NATO zabitləri idarə edəcək:

"Çünki, Ukrayna ordusunun yuxarı eşalonunda Rusiya ilə məxfi əməkdaşlıq edən xeyli zabitlərin olması istisna deyil. Prezident Zelenski də müharibənin başlamasında maraqlıdır və Vaşinqton da prosesə dəstək verir. Regionda elə bir düyün formalaşıb ki, o düyünü açmaq üçün Donbasda müharibə qaçılmaz görünür. Ukraynaya Rusiya müdaxilə edərsə, Əfqanıtandan Tacikistana müdaxilə olacaq. Həm də Suriyada vəziyyət mürəkkəbləşəcək. Ona görə də Rusiya üçün indiki halda müharibə əlverişsizdir. Amma geosiyasi reallıq Donbas müharibəsini labüd edir. Ukrayna bu müharibədə siyasi-hərbi qalibiyyət əldə edə bilər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Türkiyə də bu müharibədə Ukraynanın yanında yer alır”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...