Rəfael Piriyev deportasiya edilmək üçün Almaniyaya gətirildi

Rəfael Piriyev deportasiya edilmək üçün Almaniyaya gətirildi
 

Fransada tutularaq Almaniyaya gətirilən Rəfael Piriyev adlı Azərbaycan vətəndaşının barəsində olan deportasiya qərarı icra olunacaq.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilir ki, R.Piriyev dünən Fransadan Almaniyanın Hamburq əyalətinə gətirilib.

Hazırda onun "Deportasiya mərkəzi”ndə saxlanıldığı deyilir. Yaxın günlərdə İtaliyaya deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rəfael Piriyev bir neçə gün əvvəl Fransada saxlanılıb. O, Almaniyaya İtaliya vizası ilə daxil olduğudan, sığınacaq istəyi ilə bağlı müraciəti baxılmadan "Dublin sazişi”nə əsasən, İtaliya Miqrasiya İdarəsinə yönləndirilib. Azərbaycan vətəndaşı qərardan məhkəməyə bir neçə dəfə şikayət edib. Ancaq məhkəmə onun sığınacaq istəyinin yalnız viza aldığı Avropa ölkəsində baxıla biləcəyini əsas gətirirək, barəsində deportasiya qərarı verib.

R.Priyev sosial şəbəkələrdə Azərbaycan hökuməti  barədə təhqiramiz çıxışları ilə tanınır.


OXŞAR XƏBƏRLƏR

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...