Rəfael Dadaşov xəstəxanaya yerləşdirildi

Rəfael Dadaşov xəstəxanaya yerləşdirildi
Xalq artisti Rəfael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sənətkarı özü Xəzər TV-də yayımlanan "5/5” axşam şousunun canlı efirinə telefon vasitəsilə qoşularkən deyib. Proqramda ad gününü qeyd edən məşhur teleaparıcı Hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığı və təcili şəkildə xəstəxanaya yerləşdiyini dilə gətirib.

H.Nuran isə sənətkarın hazırkı vəziyyətini bu cür şərh edib:

"Bizim çox sevdiyimiz və hörmət etdiyimiz Rəfael müəllimin səhhətində yenidən problemlər yarandığı üçün onu təcili şəkildə xəstəxanaya apardıq. Hazırda peşəkar həkimlərin nəzarəti altında müalicə alır. Bu, Xalq artisti üçün çətin mərhələdir. Allahdan Rəfael müəllimə şəfa arzu edirəm. O, çox böyük sənətkardır”.

Daha sonra ifası ilə proqrama qatılan Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova Hacı Nuranı təbrik edərək, atasının səhhətindən söz açıb:

"Atam çox istəyirdi gəlib, Hacı Nuranı təbrik etsin. Amma səhhəti buna imkan vermədi. Rəfael müəllimdə oksigen çatışmazlığı var. Mənim üçün o qədər ağırdır ki, bunları dilə gətirmək. Ürəyim ağrıyır. Amma indi vəziyyəti normaldır. Çoxları düşünür ki, bu xəstəlik atamın artıq çəkili olduğu səbəbindən yaranıb. Amma bu, əsla belə deyil. Sadəcə atam heç vaxt sağlamlığına önəm verməyib. O zamanını daha çox bizə, ailəsinə ayırıb, səhhəti ilə heç vaxt maraqlanmayıb”.

Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rəfael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

OXŞAR XƏBƏRLƏR

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.   Sfera.az bildirir ki, dö...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...

Məşhur müğənninin konsetində DAVA DÜŞDÜ

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin konsertində dava düşüb.   Sfera.az xəbər verir ki, müğənninin “Cratos Casino”da verd...

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solid...