“ReAl namizədlərindən cəmi 20-si imza toplaya bilib” - Natiq Cəfərli

“ReAl namizədlərindən cəmi 20-si imza toplaya bilib” - Natiq Cəfərli

"ReAl Partiyasından imza vərəqələrini götürmüş 46 namizəd var”.

Sfera.az xəbər verir ki, bunu modern.az-a Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərli bildirib.

O, partiyadan fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan namizədlərin hələ ki, tam olaraq imza vərəqələrini toplamadığını da qeyd edib:

"ReAl Partiyasından namizdlər var, bir də ReAl Cümhuriyyətçilər İttifaqından namizdlər var. Həmin ittifaqda müstəqil şəxslər təmsil olunur. Qeydiyyat tam bitdikdən sonra, ümumilikdə neçə nəfər namizədimizin olacağını biləcəyik. Hələlik 46 nəfərin imzatoplama kampaniyası davam edir. Daha doğrusu onlardan 20-ə yaxını imzalarını toplayıb. Qalanları isə bu günlərdə bu prosesi yekunlaşdıracaqlar. Yanvarın 10-dək qeydiyyatla bağlı qərar çıxmalıdır. Bu müddətdə neçə nəfərin qeydiyyatdan keçdiyi dəqiqliklə bilincək”.


OXŞAR XƏBƏRLƏR

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...