\"Real Madrid\" yeni transferini təqdim etdi
16:29 / 08.09.2021
1163
İspaniyanın "Real Madrid" klubu yeni transferi Eduardu Kamavinqanı ictimaiyyətə təqdim edib.
Sfera.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "kral klubu"nda 25 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Real Madrid" fransalı oyunçu ilə 6 illik müqavilə imzalayıb. O, son olaraq ölkəsində "Renn"in şərəfini qoruyub.