REAL-dan Əli Həsənova: Bir gün hər kəs öz qazdığı quyuya düşəcək

REAL-dan Əli Həsənova: Bir gün hər kəs öz qazdığı quyuya düşəcək

"Əli Həsənov uzun illərdir rəzil günə qoyduğu, dizayn etdiyi, təlimatlandırdığı medianı "yalan makinası" adlandırlb. Bir gün hər kəs öz qazdığı quyuya, qurduğu tələyə düşəcək”.


Sfera.az xəbər verir ki, bu sözləri ReAl partiyasının təmsilçisi Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.


"Dara düşən kimi azad media, müstəqil məhkəmə axtarırlar, illərdir şər və yalan üzərinə inşa etdikləri media siyasətini, zənglə, tapşırıqla hökm çıxardan, Tofiq bəy kimi insana iş tikən məhkəmələri kim yaradıb?! Kimdir günahkar?! Bircə çıxıb deməsinlər ki, biz əmr qulu idik, xub, sizə haqsız və hüquqsuz əmr verənə səsinizi çıxarda bilmirdinizsə, o zaman bu gününüzü haq etmisiniz”, deyə Natiq Cəfərli qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR