\"Real\" \"Barselona\"nın futbolçusunu transfer etdi
23:50 / 13.07.2021
1340
"Real” heyətini yeni futbolçu ilə gücləndirib.
Sfera.az "Marca” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi "Barselona”nın gənclər komandasında çıxış edən Xaume Xardi Poyato ilə razılıq əldə edib.
"Real” ispaniyalı hücumçu ilə müqavilə imzalayacaq.
Xaume "Barselona” ilə müddəti bitən müqaviləsini yeniləməyib. 19 yaşlı hücumçu yeni mövsümdə "Real”ın B komandasında – "Kastilya”da çıxış edəcək.