Bank əmanətləri bazarının inkişafı üçün yeni təkliflər

Bank əmanətləri bazarının inkişafı üçün yeni təkliflər
Əmanətlərin tam sığortalanması və onların vergidən azad edilməsi düzgün addımdır.
 

Milli.Az xəbər verir ki, bunu maliyyə məsələləri üzrə ekspert Samir Əliyev bildirib.

Ekspertin sözlərinə görə, son aylar əhalinin banklara və milli valyutaya etibarının azalması ona gətirib çıxardı ki, kütləvi şəkildə əmanətlər ya dollarlaşdı, ya da banklardan çıxarıldı: "Vəziyyətin belə davam etməsi, üstəgəl Maliyyə Nazirliyinin dövlətin adından çıxış edərək yüksək, az qala bank faizləri ilə rəqabət aparacaq faizlə istiqraz buraxması əmanət bazarının cəlbediciliyini azaltmaqla yanaşı bank sektorunu çətin vəziyyətə salırdı. Ona görə də indiki məqamda əmanətlərin 3 illik olsa da, tam sığortalanması düzgün addımdır. Əmanət faizlərinin də vergidən müvəqqəti azad edilməsi müsbət addımdır və 2015-ci ildə atılmış səhv addımın düzəldilməsi kimi qiymətləndirilməlidir".

S.Əliyevin fikrinə, bu addımlar indiki problemi həll etməyə yönəlib, amma gələcəkdə əmanət bazarının inkişafı və bankların dayanıqlığına dəstək məqsədilə paralel bir sıra addımların atılması vacibdir:

"Əvvəla, manat və yeni yerləşdiriləcək dollar əmanətlərinin sığortalanma faizi fərqlənməlidir. Manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırılmalı, dollar (avro) əmanətlərinin sığortalanma faizi isə 8%-ə endirilməlidir.

İkincisi, Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının illik faiz dərəcələri əmanətlərin faiz dərəcələrindən aşağı endirilməlidir

Nəhayət, əmanət bazarında faiz artımının qarşısını almaq üçün yaxşı olardı sığorta haqlarının məbləği əmanətlərin illik faiz dərəcələrindən asılı edilsin. Yəni cəlb edilmiş əmanətlərin illik faiz dərəcələri artdıqca sığorta haqlarının məbləği də artırılmalıdır".


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...