Bakıda evlər 2 dəfə ucuzlaşdı

Bakıda evlər 2 dəfə ucuzlaşdı

Bakının bəzi ərazilərində evlərin real qiyməti 2 dəfə aşağı düşüb.

Sfera.az bildirir ki, bu barədə fins.az-a daşınmaz əmlak elanları saytının rəhbəri Vaqif Hüseynovbildirib. Onun sözlərinə görə, Bakının mərkəzi hissələrində evlər 20-40 %, ətraf ərazilərdə isə hətta 2 dəfə ucuzlaşıb.

160 min manatlıq evlər 120 min manata satılır

Onun sözlərinə görə, əvvəllər şəhər sakinləri evlərinin plana düşəcəyini və baha qiymətə sata biləcəklərini və ya yeni tikililərdən mənzil ala biləcəklərini fikirləşirdilər. Amma söküntü işləri gedən ərazilərdə yeni evlərin tikintisinin gecikməsi, manatın 2-ci dəfə ucuzlaşması vəziyyəti bir qədər dəyişdi. Evlərin qiyməti ucuzlaşmağa başladı. Belə ki, Rəşid Behbudov, Şamil Əzizov, Nizami, Xəqani və 28 May küçələrində evlərin mənzillər 20-40 % arasında ucuzlaşıb. Məsələn, 2-ci devalvasiyadan əvvəl 160 min manata satılan 3 otaqlı mənzil hazırda 120-125 min manat təklif edilir. V.Hüseynovun sözlərinə görə, eyni ərazidə gecə qondu tipli evlər isə hətta iki dəfədən artıq ucuzlaşıb. Məsələn, 150-200 manatlıq ev indi 80-90 min manat təklif edilir.

100 min manatlıq evlər indi 50 min manata satılır

V.Hüseynovun sözlərinə görə, evlər daha çox Həzi Aslanov metrosunun yaxınlığı, Xırdalan şəhəri , Masazır, Əhmədli və Bakıxanov qəsəblərində ucuzlaşıb. Belə ki, evlərin ucuzlaşdığı görən vətəndaşlar şəhərin mərkəzinə köçməyə can atırlar. Məsələn, əvvəl 110 min manatlıq evin 90 min manata kimi ucuzlaşdığını görən Masazır sakini öz evini eyni qiymətə satıb həmin mənzili ala biləcəyini düşünür. Amma öz evinin 45-50 min manata kimi ucuzlaşdığından xəbərsizdir.

Yeni yaşayış kompleksləri Xırdalanda evləri ucuzlaşdırıb

V.Hüseynovun sözlərinə görə, Xırdalanda yeni yaşayış komplekslərinin salınması qiymətlərə kəskin təsir edib. Evlər 2 dəfə ucuzlaşıb. Belə ki, əvvəl 90-110 min manata satılan ev hazırda 50 min manata təklif edilir:"Hər gün saytda yerləşdirilən belə ev elanlarında qiymətlərin dəyişdirilməsi ilə bağlı 10 müraciət edilir. İki qonşusunun evini 50 min manata satdığını görən digər ev sahibi artıq qiyməti 100 min manatdan 50 min manata salmağa məcbur olur ki, evi sata bilsin". 

Mütəxəssisin sözlərinə görə, son vaxtlar evlərin satışında artım baş verib: "Əvvəllər ayda 3-4 ev sata bilirdiksə, indi həftədə 10-15 ev satılır".


OXŞAR XƏBƏRLƏR

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...

Polis tərəfindən güllələnmək üçün insanları girov götürdü

Almaniyada məhkəmədə qəribə iş üzrə proses gedir. Belə ki, məhkəmə bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onu güllələsin deyə qəsdən 6 nəfəri g...

Rihanna Nyu York Moda Həftəsində belə görüdü - FOTO

Barbados əsilli müğənni Rihanna həftəsonu Nyu-York Moda Həftəsində iştirak edərkən dəbli görünüş nümayiş etdirib. Sfera.az bildirir ki, Rihanna bu yaxınlar...