Azərbaycan neftinin qiyməti yenidən dəyişdi
09:51 / 01.03.2016
2490
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,23 dollar, yaxud 0,62% ucuzlaşıb.
Sfera.az report-a istinadən bildirir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 36,99 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.