Moskvada uşağın başını kəsən dayədən xəbər var
Moskvada dörd yaşlı uşağı amansızcasına qətlə yetirməkdə şübhəli bilinən dayə qadın günahını etiraf edib və hadisə yerində cinayətin detallarını açıqlamağa razılıq verib.
Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə "İnterfaks"a polis orqanlarındakı mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, müstəntiqlər saxlanılan 1978-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova ilə nəhayət təmas qura biliblər. Hazırda cinayətin törədildiyi mənzildə istintaq eksperimentinin keçirildiyi bildirilir. Polis həmçinin qadının qeyri-adekvat vəziyyətdə olmasının səbəblərini araşdırır.
Qeyd edək ki, G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək "Oktyabrskoye pole" metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində "Allahu-əkbər" qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.