Minlərlə müxalif Türkiyə sərhədini keçdi
15:48 / 19.02.2016
2526
Dəstənin hətta tankları var
Suriyada Əsəd rejiminə qarşı döyüşən müxalifləri verdiyi məlumata görə, PKK-nın Suriya qolu YPG ilə döyüşmək üçün 2000 nəfər Türkiyə-Suriya sərhədindən Suriya ərazisinə keçib.
Karabakhmedia.az xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə onlar Əzzəz şəhərində döyüşmək üçün silah və təchizatla təmin olunublar.
Türkiyənin Kilis şəhər Öncüpınar sərhəd-keçid məntəqəsinin Bab əl Salam qapısını nəzarətdə saxlayan "Şam cəbhəsi” müxalif qruplaşmasının lideri Əbu İssa adlı komandiri deyib ki, YPG ilə döyüşməyə gedən dəstənin minaatanlar, raketlər və tanklarla sərhədi keçməsinə icazə verilib.
Suriya İnsan Haqları Monitorinq qrupu da yüzlərlə müxalifətçinin Əzzəzə doğru irəlilədiyini təsdiqləyib.
Qeyd edək ki, Əsəd ordusunun hücumları üzündən mühasirəyə düşən Əzzəz şəhərinin dünya ilə tək əlaqə vasitəsi Türkiyə sərhədidir.//Avropa.info/