Ad gününü yasa çevirən qətlin TƏFƏRRÜATI

Ad gününü yasa çevirən qətlin TƏFƏRRÜATI

Ağcabədi Rayon Prokurorluğu dostunu ad günündə qətlə yetirən şəxslə bağlı məlumat yayıb.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağcabədi sakini 1988-ci il təvəllüdlü Cavid Quliyev noyabrın 7-si saat 17 radələrində dostu və qonşusu, 1974-cü il təvəllüdlü Kərim Sultanovun evində təşkil etdiyi doğum günü məclisinə gedib. Ziyafətdə olarkən dostlar arasında mübahisə yaranıb, Kərim Cavidi ağır söyüşlərlə təhqir edib.

C.Quliyev yaxınlıqda yerləşən öz evinə gedərək həyətdən qayçını götürüb və geri qayıdıb. Küçədə Kərimlə rastlaşıb və oradaca onun sinəsindən qayçı ilə bir zərbə vurub. Nəticədə, K.Sultanovun ürəyi zədələnib. Xəstəxanaya yerləşdirilsə də, əməliyyat zamanı vəfat edib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, C.Quliyev şübhəli şəxs qismində tutulub.


OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...