Türkiyə futbolunda sükut elan edildi
20:09 / 18.02.2016
2878
Türkiyə Futbol Federasiyası (TFF) Ankara və Diyarbəkirdə baş vermiş partlayış nəticəsində həyatını itirən insanların 3 gün keçiriləcək matçlardan öncə 1 dəqiqə sükutla yad olunması ilə bağlı qərar verib.
Sfera.az xəbər verir ki, qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, açıqlamada qeyd olunub:
"Ankara və Diyarbəkirdə Türkiyə Silahlı Qüvvələrinin heyətini daşıyan maşınlara edilən terror hücumları nəticəsində xeyli əsgər və mülki vətəndaşımızın vəfat etməsi il əlaqədar 19.02.2016- 22.02. 2016 tarixlərində baş tutacaq bütün peşəkar oyunlardan öncə 1 dəqiqəlik anım sükutu olacaq".
Qeyd edək ki, Ankarada baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, Diyarbəkirdə isə 6 nəfər şəhid olub.