Turizmin inkişafı üçün önəmli addım - 5 günə viza

Turizmin inkişafı üçün önəmli addım - 5 günə viza

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, müvafiq qanun prezident İlham Əliyev tərəfindən fevralın 1-də imzalanıb.

Lakin qeyd edək ki, məlumat rəsmi olaraq bu gün çap olunduğundan qanun bu gündən qüvvəyə minib.

Qeyd edək ki, Milli Məclis tərəfindən ötən ilin oktyarın 20-də Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə görə, 38.3-cü maddəsinin ikinci cümləsində "10 gün" sözləri "5 iş günü" sözləri ilə əvəz edilib.

Xatırladaq ki, daha əvvəllər həmin maddədə qeyd edilirdi ki, elektron vizanın alınması üçün Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir. Sənədlər daxil olduqdan sonra onlara bu Məcəllənin 37-ci maddəsi ilə müəyyən edilmiş qaydada ən geci 10 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.

Beləliklə, yuxarıda göstərilən qaydada elektron vizanın alınması üçün edilən müraciətə bundan sonra 10 gün ərzində deyil, ən geci 5 iş günü ərzində cavab veriləcək.  

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün isə dövlət başçısı həmin Qanunun tətbiqi barədə sərəncam imzalayıb, bununla bağlı Nazirlər Kabineti qarşısında müvafiq tapşırıqlar qoyulub. 


OXŞAR XƏBƏRLƏR

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...

Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım -FOTO

Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaşımı təqdim ...