Ötən gün qəzalarda 4 piyada ölüb

Ötən gün qəzalarda 4 piyada ölüb

Ötən gün baş verən yol-nəqliyyat hadisələri zamanı 4 piyada ölüb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən milli.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 1 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Y.Mürşüdov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Rüfan Bağırovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Oktyabrın 22-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi "Jeep" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oktyabrın 22-də saat 23 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini V.Nağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Gülməhəmməd Ərzimanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oktyabrın 22-də saat 22 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Gəncə şəhər sakini İ.Abbasov idarə etdiyi "DAF" markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Zöhrab Qocamanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər 4 faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...