Cəbhədə şiddətli atışma

Cəbhədə şiddətli atışma

Sfera.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 131 dəfə atəş zərbəsi endirib.


OXŞAR XƏBƏRLƏR

"Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq"-Natiq Məmmədli

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.   Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MED...

Oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Talısta...

Yaponiyanın Baş naziri NATO sammitində iştirakdan imtina edəcək

Yaponiyanın Baş naziri Sigeru İsiba Haaqada keçiriləcək NATO sammitində iştirakdan imtina etmək niyyətindədir.   Sfera.az TASS-a istinadən xəbər veri...

Həbib Nurməhəmmədov: "Azərbaycanda keçirdiyim günlər heyrətamiz idi"

Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında paylaşım edib.   Sfera.az-ın  məlumatına görə, 36 yaşlı sabiq çmpion Az...

"Yuventus" və "Real Madrid"dən qələbə

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatı (KDÇ) davam edir.   Sfera.az xəbər verir ki, G qrupunda yer alan İtaliya "Yuventu...

Dövlət Departamenti amerikalıları ayıq olmağa çağırdı

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. &nb...