“Futbolçuların hansı fədakarlığı etdiyinin fərqindəyik” - Nikola Yurçeviç

“Futbolçuların hansı fədakarlığı etdiyinin fərqindəyik” - Nikola Yurçeviç
 "Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir".
 

Sfera.az AFFA-ya istinadən xəbər verir ki, bu sözləri "Bəhreyn Milli Stadionu”nda Bəhreyn və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunan brifinqdə millinin baş məşqçisi Nikola Yurçeviç deyib.

"Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlığı etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var.  Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq", - deyə o bildirib.



OXŞAR XƏBƏRLƏR

Küləklə bağlı əhaliyə müraciət olundu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yer...

DTX-dan 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsmi sosial şəbəkə hesablarında xüsusi hazırlanmış videoçarx yayımlayıb. ...

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. ...

Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.   Sfera.az bu barədə "Azərbaycan Dəmir Yolları"...

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfr...

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   ...