Kənan əks yola çıxdı, böyük tıxac yarandı - FOTO

16:00 / 09.10.2019
2260
Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu İstanbulda böyük tıxacın yaranmasına səbəb olub.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bərbərdən çıxan serial ulduzu 200 metrlik məsafəni əks istiqamətdə hərəkət etmək istəyib.
Kənanın bu addımı Etiler ərazisində uzun tıxacın yaranması ilə nəticələnib. Sürücülər kobud şəkildə qayda pozan İmirzalıoğluya etiraz ediblər. Daha sonra bir neçə sürücü Kənana yol verərək avtomobillərin hərəkətini tənzimləyə bilib.