Ermənilərin növbəti yalanı üzə çıxdı: Abrahamyanın öldürmək istədiyi türk idmançı deyilmiş - AÇIQLAMA

Ermənilərin növbəti yalanı üzə çıxdı: Abrahamyanın öldürmək istədiyi türk idmançı deyilmiş - AÇIQLAMA
 
Xəbər verdiyimiz kimi, erməni idmançı Rafael Abrahamyan MMA döyüşündə türk rəqibi Batuhan Akdumanı boğaraq öldürmək istəyib.

Rusiyanın Samara şəhərində keçirilən GFC-18 turnirində Rusiyanı təmsil edən erməni Rafael Abrahamyanla türkiyəli Batuhan Akduman üz-üzə gəlib.
 
Videodan göründüyü kimi, erməni idmançı türk rəqibini boğma fəndi ilə məğlub edir. Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb.

Görüşün hakimi hətta onları ayırmağa çalışsa da, erməni idmançı rəqibini boğmaqda davam edib. Nəticədə, Batuhan Akduman huşunu itirib. Onun köməyinə həkimlər gəlib. Yalnız həkimlərin müdaxiləsindən sonra türk idmançını özünə gətirmək mümkün olub.
 
Sfera.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, erməninin öldürmək istədiyi Batuhan məsələylə bağlı açıqlama verib. O bildirib ki, erməni döyüşçü ilə üz-üzə gəlməyib. Yayılan məlumat Ermənistan mətbuatının uydurmasıdır: "Mən Rusiyada Abrahamyanla qarşılaşmamışam. Onun döydüyü şəxs Türkmənisan idmançısıdır. 
 
O bildirib ki, xəbərdən sonra Abrahamyana zəng edib: "Mən ona zəng etdim və dedim ki, əgər cəsarətin varsa, gəl görüşək. Sən kimsən ki, məni öldürmək istəyirsən. Onu 15 dekabrda döyüşə çağırmışam. Həmin döyüşdə Abrahamyan 2-ci raundu görməyəcək. Hətta dedim ki, istəyirsən İrəvanda görüşək".
 
Batuhan deyib ki, Azərbaycanda Mübariz İbrahimov necə qəhramandırsa, Abrahamyan da bu xəbərdən sonra Ermənistanda o cür qəhrəman olub.
 

(oxu24)

OXŞAR XƏBƏRLƏR

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. ...

Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.   Sfera.az bu barədə "Azərbaycan Dəmir Yolları"...

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfr...

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   ...

Arxeoloqların belə hələ də sirrini aça bilmədiyi yerlər - FOTO

Elm adamlarının və arxeoloqların yer üzündə həyata və bəşər tarixinə gəldikdə həmişə izahatları var. Lakin indiyə qədər nə alimlər, nə də tarixçilər bəzi sirli ...

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...