Bakıda qıza hücum çəkən futbolçusu ilə bağlı “Neftçi”dən açıqlama

Bakıda qıza hücum çəkən futbolçusu ilə bağlı “Neftçi”dən açıqlama
 

"Neftçi”nin ukrayna əsilli futbolçusu Anton Krivotsyukun yaşadığı binada qadına sataşması ilə bağlı iddialar yayılıb.

Sfera.az-ın məlumatına görə, yeni sabah məsələ ilə bağlı klubun idman direktoru Ceyhun Sultanovla əlaqə saxlayıb. 

"Sözün açığı, suallarınıza cavab verə bilməyəcəyəm. Özümə söz vermişəm ki, heç bir saytla əlaqədə olmayacağam. Səbəb? Səbəb də deyə bilmirəm”, - deyən C. Sultanov suallarımızı cavabsız qoyub.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev isə baş verənlərə aydınlıq gətirib:

"Anton hazırda millinin düşərgəsindədir. Əlimizdə onunla bağlı hər hansı bir informasiya yoxdur. Gəlsin, ondan sonra dəqiqləşdirərik”.

Klub sözcüsü Azərbaycanda olan etik kodekslərin müxtəlif ölkələrdən gələn futbolçulara aşılanıb-aşılanmaması ilə bağlı məsələyə münasibətində bunları deyib:

"Anton Azərbaycan futbolçusudur və klubun da öz daxili kodeksi var. Daxili kodeksə də hər kəs riayət etməlidir. Onlar artıq professional insanlardır. Klubdan kənarda özlərini necə aparırlarsa, uşaq deyillər ki, uşağa nəyisə izah edəsən, nəyisə göstərəsən”.

Qeyd edək ki, "Sportinfo"nun yaydığı xəbərə görə, içkili halda yaşadığı binaya daxil olan Anton liftdə rastlaşdığı bir xanıma söz atıb. Sərxoş Krivotsyuk qadının liftə minməsinə mane olmağa çalışıb. Zərif cins nümayəndəsini onu kənara itələdikdə "Neftçi"nin üzvü onun saçına əl atıb. Krivotsyuk bütün etik normaları aşaraq qarşısındakı xanıma "neyləyirsən, o əri? Boşan ondan, gəl, mənimlə yaşa" deyib. Qadının qışqırığı bütün binanı ayağa qaldırıb. İnsanların toplaşmasını görən Anton hadisə yerindən qaçıb. Qorxusundan bir neçə gecəni başqa yerdə keçirən futbolçu yalnız bir müddət sonra oraya dönüb. Bina sakinləri onun həmin qadından üzr istəməsini tələb edib və Anton bu tələbi yerinə yetirib. Bununla belə, futbolçuya xəbərdarlıq edilib ki, əgər bir də belə hadisə yaşansa, canını üzr istəməklə qurtara bilməyəcək. Ondan hüquq-mühafizə orqanlarına şikayət olunacaq.

Xatırladaq ki, milliləşdirilən Ukrayna əsilli futbolçu Anton Krivotsyuk 2015-ci ildə Azərbaycan U-17 yığma komandasına dəvət olunub. 21 yaşlı futbolçu 2016-cı ildən isə "Neftçi”dədir.


OXŞAR XƏBƏRLƏR

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sab...

Əraqçi: "İsrail və ABŞ-nin İrana hücumları ağır nəticələrə gətirib çıxara bilər"

İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.   Sfera.az-ın TASS-a is...

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh l...

"Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq"-Natiq Məmmədli

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.   Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MED...

Oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Talısta...

Yaponiyanın Baş naziri NATO sammitində iştirakdan imtina edəcək

Yaponiyanın Baş naziri Sigeru İsiba Haaqada keçiriləcək NATO sammitində iştirakdan imtina etmək niyyətindədir.   Sfera.az TASS-a istinadən xəbər veri...