Arılar futbolçulara hücum etdi, oyun dayandırıldı - VİDEO
20:07 / 08.10.2019
2495
Braziliya A Seriyasının 23-cü turunun "San-Paulo" - "Fortalesa" oyununda maraqlı hadisə baş verib.
Sfera.az goal.az-a istinadən xəbər verir ki, matçın gedişində arılar futbolçulara hücum edib. Künc bayraqlarından birinin üstünə toplaşan həşəratlar bir neçə oyunçunu sancıb. Arıların qəzəbinə tuş gələnlərdən biri də meydan sahiblərinin müdafiəçisi Dani Alveş olub.
Futbolçular görüşün baş hakiminə məlumat verdikdən sonra oyun müvəqqəti olaraq dayandırılıb. Qonaq komandanın oyunçularından biri futbolkası ilə sifətini örtərək, künc bayrağına yaxınlaşıb və onu meydançadan çıxarıb. Yalnız bundan sonra matçı davam etdirmək mümkün olub.
Qeyd edək ki, görüş "San-Paulo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.