Millinin heyətində daha bir dəyişiklik olub

Millinin heyətində daha bir dəyişiklik olub
 

Azərbaycan millisi komandası Bəhreynlə yoldaşlıq görüşü və Macarıstanla AVRO-2020-nin seçmə oyunu ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib. 

Sfera.az bildirir ki, Mahir Əmrəli  "Qarabağ"ın heyətində "Sabah" komandası ilə Azərbaycan Premyer Liqasının VII tur matçında zədələnib. Bu səbəbdən, 23 yaşlı hücumçu hər iki matç üçün açıqlanmış heyətdən çıxarılıb. 

Əvəzində "Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət alıb.

"Qarabağ"ın Lüksemburqda "Düdelanj"la keçirdiyi Avropa Liqasının II tur matçında zədələnmiş Qara Qarayevin isə millinin matçlarında iştirakı üçün heç bir problemin olmadığı müəyyənləşib. 

Daha əvvəl "Neftçi"nin zədəli qapıçısı Səlahət Ağayevin əvəzində "Sumqayıt"dan Mehdi Cənnətova dəvət göndərilib.  

Qeyd edək ki, Bəhreynlə oyun oktyabrın 9-da, Macarıstanla qarşılaşma isə oktyabrın 13-də olacaq. 


OXŞAR XƏBƏRLƏR

Bu bürclər diqqətli olsun - Gün ərzində...

Bu gün səma hər bürc üçün fərqli mesajlar ötürür. Həftənin ilk günündə bəzi bürclər üçün enerjili və məhsuldar başlanğıc görünürkən, digərləri üçün duyğular və ...

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.   Sfera.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli n...

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...