AFFA \"Qarabağ\"ın oyunundakı təxribatla bağlı bəyanat yaydı

AFFA \
 

Xəbər verdiyimiz kimi, Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Düdelanj” – "Qarabağ” (1:4) oyununda dronla qondarma rejimin bayrağı meydançanın üzərində uçurdularaq təxribat törədilib.

Sfera.az bildirir  ki, AFFA bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində oktyabrın 3-də Lüksemburq şəhərindəki "Josy Barthel” stadionunda keçirilmiş "Düdelanj” – "Qarabağ” oyununda siyasi təxribata yol verilib. 

Oyunun 30-cu dəqiqəsində, "Qarabağ” komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dron peyda olub. Üzərində separatçı, qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilib. Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən bir qədər artıq yaranmış məcburi fasilədən sonra oyun dayandırıldığı dəqiqədən davam etdirilib. Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından "Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. "Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə "Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər. AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.

Futbol – qarşılıqlı ehtiram, idman ruhu və bərabərlikdir. Təəssüf ki, bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər. "Josy Barthel” stadionunda rastlaşdığımız hadisə, eyni zamanda, futbolçuların təhlükəsizliyini şübhə altına salır və ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq addımlar atılacaq. İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək.

AFFA "Qarabağ” komandasının futbolçularına təxribata uymadıqlarına, emosiyalarına nəzarət etdiklərinə və peşəkar davranışlarına görə təşəkkür edir. Komanda UEFA-nın dəyərlərinə əsil ehtiramını nümayiş etdirdi: hakimin qərarına hörmət, rəqibə hörmət, azarkeşlərə hörmət!

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Erməni silahlı birləşmələrinin işğalı nəticəsində Azərbaycan tarixi torpaqlarının bir hissəsini itirib, 1 milyondan artıq həmvətənimiz uzun illərdir ki, qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyəti qarşısında qalıb. "Qarabağ” futbol dünyasında azsaylı klublardan biridir ki, siyasi münaqişə üzündən, erməni silahlı birləşmələrinin işğalı ucbatından ev oyunlarını doğma stadionunda, təmsil etdiyi Ağdam rayonunda keçirə bilmir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bütün futbol oyunlarının FIFA və UEFA-nın müəyyənləşdirdiyi dəyərlərə hörmət ruhunda keçirilməsini dəstəkləyir, futbol oyunları zamanı siyasi təxribat cəhdlərini qəti şəkildə pisləyir!

OXŞAR XƏBƏRLƏR

Alyona Əliyevadan PAYLAŞIM - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib.     Sfera.az paylaşımı təqdim edir: &n...

İlham Əliyev Azərbaycanın həyata keçirdiyi layihələrin ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və öl...

Küləklə bağlı əhaliyə müraciət olundu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yer...

DTX-dan 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsmi sosial şəbəkə hesablarında xüsusi hazırlanmış videoçarx yayımlayıb. ...

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. ...

Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.   Sfera.az bu barədə "Azərbaycan Dəmir Yolları"...