Klubun sahibi vəfat etdi

16:20 / 03.10.2019
1563
"Mapei" firmasının və İtaliyanın "Sassuolo" klubunun sahibi Corcio Skuintsi vəfat edib.
Sfera.az bildirir ki, 76 yaşlı iş adamı uzun sürən xəstəlikdən sonra gözlərini əbədi yumub.
Futbola böyük maraı olan Skuintsi "Milan" azarkeşi idi. Buna baxmayaraq, o, 2002-ci ildən "Sassuolo"nun sahibi idi.
O, "Yaşıl-qaralar"a sahiblənəndə klub C Seriyasında yarışırdı. "Sassuolo" 2013-cü ildən A Seriyasında mübarizə aparır.