“Bank Respublika”nın beynəlxalq bankçılıq sahəsində növbəti uğuru

“Bank Respublika”nın beynəlxalq bankçılıq sahəsində növbəti uğuru
 
Uzun fasilədən sonra daha bir böyük beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank
Respublika ilə qayıtdı! Bank Respublika Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta üzrə svop-
sazişi imzalayıb.
Bu saziş, banka müştərilərini valyuta risklərindən sığortalamağa və yerli valyutada maliyyə
mənbələrinə çıxış imkanlarını asanlaşdırmağa şərait yaradacaq. Müqaviləyə əsasən, Bank
Respublika və IFC, valyuta svopu üzrə əməliyyatları Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının
(ISDA) Təməl Müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirəcəklər. Bu, banka ABŞ dolları ilə
denominasiya edilmiş vəsaitlərinin hedcinqini, bununla da aktivlərin və öhdəliklərin daha yaxşı idarə
edilməsini mümkün edəcək. Valyuta svopu əməliyyatları həyata keçirərək, Bank Respublika
müştəriləri üçün uzunmüddətli maliyyə resurslarına çıxışı yaxşılaşdıracaq, yerli müəssisələrə
böyüməyə və iş yerləri açmağa kömək edəcək.
""Mikro, kiçik və orta sahibkarlıq seqmentlərində Azərbaycan maliyyə bazarının liderlərindən biri olan
Bank Respublika, öz müştərilərini dəstəkləyərək, onları ölkə iqtisadiyyatının inkişafına töhvə verməsinə
təşviq edir. IFC ilə imzalanmış saziş bankımıza müştərilərimizi yerli valyutada sərfəli şərtlərlə
maliyyələşdirilməsini genişləndirməyə imkan verəcəkdir”, deyə "Bank Respublika”nın İdarə Heyətinin
sədri Tariyel İsmayılov qeyd edib.
"Biz bundan sonra da Azərbaycana özəl sektorun imkanlarından istifadə etməkdə köməklik göstərməyə
davam edəcəyik və bizim çoxdankı tərəfdaşımız olan Bank Respublika ilə bağlanmış müqavilə bu
strategiyanın tərkib hissəsidir. Bu strategiya eyni zamanda qeyri-neft sektorunun artımını təmin etmək
üçün Azərbaycanın ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş səyləri ilə üst-ustə düşür”, deyə IFC-
nin iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes vurğulayıb.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında , facebook səhifəsində və ya 144 nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.
IFC haqda ətraflı məlumat almaq üçün sayta müraciət edə bilərsiniz: www.ifc.org

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...