Azərbaycan millisi İran yığması ilə heç-heçə edib
17:57 / 23.09.2019
2774
Futzal üzrə Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərində təşkil olunan Caspian Cup-2019 turnirində ikinci oyununu keçirib.
Sfera.az xəbər verir ki, Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv bu dəfə İran yığması ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Millinin qolunu Amadeu vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.
Azərbaycan millisi son oyununu sentyabrın 25-də Qazaxıstan yığmasına qarşı keçirəcək. Matç saat 15:00-da başlayacaq. Milli ilk oyunda Rusiyaya uduzub - 1:2.